İşğalçı ABŞ və imperialist İngiltərəyə məxsus döyüş təyyarələri Yəmənin bir çox bölgəsinə yeni hava zərbələri endirib. Hücumlarda şəhid olanların sayı 53-ə, yaralıların sayı isə 98-ə yüksəlib.
İşğalçı ABŞ və imperialist İngiltərə Yəmənə yeni hava zərbələri endirib.
Səhiyyə və Ətraf Mühit Nazirliyindən verilən açıqlamada, “ABŞ-ın Yəmənə hücumunda ölənlərin sayı 53-ə yüksəldi. Ölənlər arasında 5 uşaq və 2 qadın var. Yaralıların sayı 9-u uşaq, 9-u qadın olmaqla cəmi 98 nəfərə çatıb” deyilib.
Açıqlamada həmçinin ABŞ-ın paytaxt Səna və müxtəlif vilayətlərdəki mülki yaşayış məntəqələrini hədəf alan hücumlarının pisləndiyi və bu vəziyyətin ABŞ-ın cinayət rekordlarına əlavə edilən yeni bir hərbi cinayət kimi qiymətləndirildiyi vurğulanıb.
Ənsarullah rəsmiləri ABŞ qüvvələrinin bazar günü axşam Yəmənə 48 hava hücumu təşkil etdiyini və bu hücumların çoxlu ölü və yaralılara səbəb olduğunu açıqlayıb.
Hərbi sözçüsü Yəhya Serinin verdiyi açıqlamada, Ənsarullah qüvvələrinin də 18 ballistik və qanadlı raket və pilotsuz uçuş aparatı ilə Qırmızı dənizin şimalında ABŞ-ın təyyarə gəmisi “USS Harry Truman” və onun döyüş gəmilərini hədəfə aldığı bildirilib.
ABŞ prezidenti Donald Tramp şənbə günü Yəmənə hücum əmri verib.
Mənbə: İlkha