Bugun.tv xəbər verir ki, Böyük Britaniyada borclarını ödəməkdə çətinlik çəkənlərin sayının 10,9 milyon nəfərə çatdığı bildirilib.
Britaniyanın nəzarət qurumu olan Maliyyə İdarəetmə Qurumunun (FCA) açıqlamasına görə, ötən ilin may ayında ölkədə hesabı ödəməkdə çətinlik çəkənlərin sayı 7,8 milyon nəfər olub.
Məlumata əsasən insanlar stres altında yaşayır. “Biz maliyyə institutlarına maliyyə çətinlikləri ilə üzləşən və ya onların yaxınlaşa biləcəyindən narahat olan müştərilərə kömək etmək üçün sürətlə hərəkət etməyə davam edəcəyik” – FCA-nın İstehlakçı və Rəqabət üzrə Direktoru Sheldon Mills deyib.
Ölkənin aparıcı banklarından olan HSBC-nin apardığı başqa bir araşdırmada isə əhalinin təxminən 78 faizinin hansısa yolla xərclərini azaltmaq üçün yol axtardığı bildirilib.
Araşdırmalara görə, ölkədə vətəndaşların təxminən 45 faizi endirimli marketlərdən alış-verişə üstünlük verir və məcburi xərclərini azaltmağa çalışır. Böyük Britaniyada 1600-dən çox ərzaq bankı və qida paylama məntəqəsini idarə edən Trussell Fondunun illik hesabatına görə, son bir ildə 760 mini ilk dəfə olmaqla təxminən 3 milyon insana ərzaq bağlamaları verilib.
Dünən Exeter şəhərindəki bir qida bankını ziyarət etdiyini qeyd edən İngiltərə Bankının Başçısı Endryu Beyli, “Aydındır ki, bir çox insanlar çətin qərarlarla üzləşirlər və əsas ehtiyaclarını azaltmaq məcburiyyətindədirlər.” dedi.
Böyük Britaniyada 1600-dən çox ərzaq bankı və qida paylama məntəqəsini idarə edən Trussell Fondunun illik hesabatına görə, son bir ildə 760 mini ilk dəfə olmaqla təxminən 3 milyon insana ərzaq bağlamaları verilib.
Mənbə: TRThaber
