28 C
Baku
20 İyul 2025, 23:24
DünyaSiyasət

11 ölkə İsrailin Suriyaya hücumlarını pisləyir

Aralarında Türkiyənin də olduğu 11 ölkə İsrailin Suriyaya hücumlarını artırmasına qarşı birgə bəyanat yayıb. Bəyanatda Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə tam dəstək vurğulanıb, eyni zamanda ölkənin daxili işlərinə hər hansı xarici müdaxilə qəti şəkildə rədd edilib.

Türkiyə, İordaniya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan və Misir İsrailin Suriyaya hücumundan sonra birgə bəyanat yayıb. Bəyanatda deyilir: “Biz Suriyanın təhlükəsizliyini, birliyini, sabitliyini və suverenliyini dəstəkləyirik və onun daxili işlərinə hər cür kənar müdaxiləni rədd edirik”.

Bəyanatda İsrailin Suriyaya təkrar hücumları pislənərək, bu hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu və yeni Suriyanın qurulması səylərinə zərbə vurduğu vurğulanıb. Bəyanatda dünən Suriyanın Əs-Suveyda şəhərində əldə olunan atəşkəs razılaşması alqışlanaraq, atəşkəsin mülki vətəndaşları qoruyacaq, dövlət və qanunun aliliyini təmin edəcək şəkildə həyata keçirilməli olduğu vurğulanıb.

Bəyanatda Suriya prezidenti Əhməd əş-Şaranın Əs-Suveydada Suriya vətəndaşlarına qarşı pozuntulara görə məsuliyyət daşıyanların hamısını məsuliyyətə cəlb etmək öhdəliyi alqışlanıb. Bildirilib ki, “Biz Əs-Suveydada və bütün Suriya ərazisində təhlükəsizliyi, dövləti və qanunun aliliyini təmin etmək üçün bütün səyləri dəstəkləyirik və zorakılıq, məzhəbçilik, ixtilaf və təhrik cəhdlərini rədd edirik”.

Beynəlxalq ictimaiyyətə çağırış edilən bəyanatda deyilir: “Biz beynəlxalq ictimaiyyəti Suriya hökumətini yenidənqurma prosesində dəstəkləməyə və Təhlükəsizlik Şurasını İsrailin işğal olunmuş Suriya ərazilərindən tamamilə çıxmasını təmin etmək üçün öz hüquqi və mənəvi məsuliyyətlərini üzərinə götürməyə çağırırıq”.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Onkoloq isti şorba və içkilərin zərərlərini izah etdi

Aynur Camal

Çavuşoğlu: “Taxıl müqaviləsinin uzadılması vacibdir”

Nigar Məmmədova

Rusiya Dövlət Dumasının qərarına əsasən, Yeni START Müqaviləsi dayandırılacaq

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu