22 C
Baku
20 Sentyabr 2024, 17:42
Dünya

11 sentyabr planlaşdırıcıları ABŞ hökuməti ilə razılaşdılar

11 sentyabr hücumlarının planlaşdırılmasında ittiham olunan və hazırda Quantanamo həbsxanasında saxlanılan 3 nəfər edam cəzası ilə mühakimə olunmaq əvəzinə, ömürlük həbs cəzası müqabilində ittihamları qəbul ediblər.

11 sentyabr hücumları ilə bağlı məhkəmə prosesi davam edir…

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi yazılı açıqlamaya görə, Quantanamoda 3 nəfər hərbi prokurorluqla razılığa gəlib.

Buna görə, 11 sentyabr hücumlarının planlayıcısı olmaqda ittiham olunan və hazırda Quantanamo həbsxanasında saxlanılan 3 nəfərin ölüm cəzası ilə mühakimə olunmaq əvəzinə, ömürlük həbs qarşılığında ittihamları qəbul etdiyi bildirilib.

Pentaqon açıqlamasında 11 sentyabr hücumlarını planlaşdırmaqda ittiham olunan Xalid Şeyx Məhəmməd, Vəlid Bin Attaş və Mustafa Əhməd Əl Havsəvinin hərbi prokurorluqla görüşləri nəticəsində razılığa gəldiyini, lakin qeyd edib ki, müqavilənin təfərrüatları hələlik ictimaiyyətə açıqlanmayacaq.

New York Times (NYT) qəzeti, prokurorluğun 11 sentyabr qurbanlarının iddiaçı ailələrinin yaxınlarına göndərdiyi ifadəyə əsaslanaraq, sözügedən adların edam cəzası ilə mühakimə olunmaq əvəzinə ömürlük həbs cəzası almağa razı olduqlarını bildirib.

Xəbərə görə, 2003-cü ildən Quantanamoda saxlanılan 3 nəfər təxminən 27 aylıq danışıqlar nəticəsində hərbi prokurorluqla razılığa gəlib.

Amerika mətbuatında əksini tapan xəbərlərdə 11 sentyabr hücumlarında həyatını itirənlərin ailələrinin açdığı iddiaların davam etdiyi və bu şəxslərin sözügedən razılaşmaya etiraz edə biləcəyi diqqətə çatdırılıb.

2001-ci İLİN 11 SENTYABRINDA NƏ OLDU?

ABŞ maliyyə sisteminin ürəyi olan Nyu-York 2001-ci il sentyabrın 11-də səhər saatlarında Əkiz Qüllələr kimi tanınan Dünya Ticarət Mərkəzinə edilən terror hücumlarına oyandı.

Nyuark, Boston və Vaşinqtondan havaya qalxan və San Fransisko və Los Ancelesə gedən 4 sərnişin təyyarəsinin qaçırılmasından sonra Los-Ancelesə gedən American Airlines sərnişin təyyarəsi yerli vaxtla saat 08.46-da Əkiz Qüllələrin şimal binasına çırpılıb. Şimal qülləsi alov içində yanarkən, ilk hücumdan düz 17 dəqiqə sonra canlı yayımda United Airlines şirkətinə məxsus qaçırılmış başqa bir təyyarə cənub qülləsinə çırpıldı.

Əkiz qüllələrə edilən hücumlardan sonra qaçırılan daha bir təyyarə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına düşüb.

Qaçırılan sonuncu təyyarə Pensilvaniyanın kəndlərində F-16-lar tərəfindən vurulub.

11 sentyabr hücumları nəticəsində təyyarələri qaçıran 19 hücumçu istisna olmaqla, Nyu York, Vaşinqton və Pensilvaniyada ümumilikdə 2977 nəfər həyatını itirib.

Xəbər mənbəyi: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Naməlum şiddətli xəstəlik: Qan zəhərlənməsi

Aynur Camal

 O, polisə yaxalanmamaq üçün evini partladıb!

Aynur Camal

BMT-dən təəccüblü açıqlama: Qəzzadakı soyqırım bizə Holokostu xatırladır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu