Dünya

117 yaşlı qadının DNT-si uzunömürlülüyün ipuçlarını ortaya qoydu

Dünyanın ən yaşlı insanlarından biri olan Maria Branyasın DNT analizi uzunömürlülüyün genetik sirlərinə işıq salıb. 2024-cü ildə 117 yaşında vəfat edən Branyas tədqiqatçılara qan, tüpürcək, sidik və nəcis nümunələri təqdim edərək onun qeyri-adi bioloji quruluşunun öyrənilməsinə töhfə verib.

Barselonadakı Josep Carreras Lösemi Araşdırma İnstitutunun rəhbərlik etdiyi araşdırma Branyasın genomunun onun yaşına görə olduqca gənc xüsusiyyətlər nümayiş etdirdiyini aşkar etdi.

Nadir genetik variantlar immun, ürək və beyin sağlamlığı ilə əlaqələndirildi. Aşağı səviyyədə iltihab, güclü ürək-damar sistemi və balanslaşdırılmış bağırsaq mikrobiomu da qeyd edildi.

Branyasın çox yüksək səviyyədə yaxşı xolesterin və çox aşağı səviyyədə pis xolesterin və trigliserid olduğu bildirildi. Bu bioloji üstünlüklərə əlavə olaraq, onun inkişafında Aralıq dənizi pəhrizi ilə birlikdə həyatı boyu sosial, zehni və fiziki fəaliyyətinin də rol oynadığı irəli sürülüb.

Qeyri-adi telomer tapıntısı

Maraqlıdır ki, Branyasın telomerlərinin – xromosomların uclarını qoruyan strukturların olduqca qısa olduğu müşahidə edilmişdir. Qısa telomerlər normal olaraq daha yüksək ölüm riski ilə əlaqəli olsa da, elm adamları bunun Branyasda xərçəng hüceyrələrinin çoxalmasına mane ola biləcəyini düşünürlər.

“Qocalıq heç də həmişə sağlamlığın pisləşməsi demək deyil”.

Tədqiqatın müəllifləri Eloy Santos-Pujol və Aleix Noguera-Castells, “Bizim tədqiqat göstərir ki, yaşlı yaş həmişə pis sağlamlıqla müşayiət olunmur.” Bununla belə, bunun tək bir nümunəyə əsaslandığını və nəticələrin daha böyük qruplarda təsdiqlənməsinin lazım olduğunu vurğuladılar.

İnsan ömrünün sərhədlərinə dair ipucları

100-dən yuxarı əhali sürətlə artsa da, 110 yaşını keçən “supercentenarianlar” olduqca nadirdir. Branyasın işi tədqiqatçılara insan ömrünün bioloji sərhədlərini anlamaq üçün unikal fürsət təqdim etdi. Tədqiqat Cell Reports Medicine jurnalında dərc olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu