5 C
Baku
28 Fevral 2026, 2:32
Sosial

DİN 107 yaşını qeyd edir

Bugun.tv xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 107 yaşını qeyd edir.

Bu barədə məlumat verən Millət vəkili Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan polisi vəzifə borcuna sadiq qalıb, ona bəslənən inam və etimadı doğruldaraq ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunması, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları, o cümlədən qanunla qarşısına qoyulmuş digər önəmli vəzifələri peşəkarlıqla, layiqincə yerinə yetirməklə dövlətçiliyimizin təməl sütunlarından birinə çevrilmişdir. Xüsusən 44 günlük savaşdan sonra yaranmış yeni reallıqda, qalib ölkəmizin maraq və mənafelərinə yönəlmiş çoxsaylı bəd niyyətlərin qarşısında möhkəm dayanmaqla, Azərbaycan polisi daha sabit və dinc, daha təhlükəsiz cəmiyyət quruculuğu prosesində dövlətimizə və müzəffər Ali Baş Komandanımıza müstəsna sədaqət nümunəsi ortaya qoymaqdadır.

Bu əlamətdar gündə, xalqımız, dövlətimiz qarşısında yorulmaz xidmətlərinə, rəşadətli əməyinə görə hər bir polisimizə təşəkkürümüzü çatdırır, başda daxili işlər naziri olmaqla, Azərbaycan polisinin bütün şəxsi heyətini, o cümlədən təmsil etdiyim Biləsuvar rayonunun Polis Şöbəsinin əməkdaşlarını Polis Günü münasibətilə təbrik edir, hər bir polisimizə daha güclü Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzulayırıq.

Bizim polisimiz bizim gücümüzdür.

Eşq olsun Azərbaycan polisinə!

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Vətəndaşın əmək hüquqları pozulur – ŞİKAYƏT

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu