24 C
Baku
10 İyul 2025, 13:47
Baş xəbərSiyasət

“İƏT-in 17-ci Zirvə görüşündə mina terroru diqqət mərkəzində oldu”

“Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir sıra mühüm məqamlarla yadda qalıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev sammitdə çıxışı zamanı mühüm mesajlar verdi.

Dövlətimizin başçısı çıxışında Ermənistanın işğalçılıq siyasətinin nəticələrindən də ətraflı bəhs edib. O cümlədən, mina terroru diqqət mərkəzində olub”.

Bugun.tv xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım çıxışında qeyd edib.

Həmçinin deputat bildirib ki, Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Mina terroru bütövlükdə erməni terrorizminin əsas göstəricilərindən biri olduğunu sübut edir. Azərbaycanın işğal altında olmuş və rəşadətli Ordumuz tərəfindən azad edilmiş ərazilərinin böyük hissəsi ermənilər tərəfindən minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Əsas məqsədlərdən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir.

Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan, ölkələrdən fəal dəstək gözləyir: “Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təzyiq göstərməli, minaların dəqiq xəritələrinin verilməsini tələb etməlidir.

Millət vəkili Fatma Yıldırım 

Aynur Camal

Oxşar xəbərlər

Qurban Yetirmişli: “Zəlzələnin yenidən baş verəcəyi barədə söylənilənlər şaiyədir”

Teymur Əziz

Avtomobil aşaraq universitet şagirdi həyatını itirdi

Bugün TV

Fənərbaxça – Başakşehir finalının hakimi kim olacaq ?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu