33 C
Baku
3 Sentyabr 2025, 18:19
Baş xəbərSiyasət

Prezidentlər ilk dəfə olaraq səmimi şəkildə salamlaşirlar

“Azərbaycan və Ermənistan liderləri geniş nümayəndə heyətinin tərkibində ilk dəfə olaraq səmimi şəkildə salamlaşirlar. Müsbət atmosfer fonunda belə bir görüş baş tutursa, konkret nəticələr barədə razılıq əldə olunub deməkdir. Artıq tərəflər arasında şifahi sülh razılaşıb”.

Bugun.tv xəbər verir ki, bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında məlumat verib.

Ekspert vurğulayıb ki, ikitərəfli şəkildə baş tutan görüşdə nəqliyyat və kommunikasiya yollarının açılması və sülh müqaviləsinə kimi yazılı şəkildə yeni bir sazişin imzalanması mümkün ola bilər.

ABŞ birbaşa dəstək verdiyi bu görüşdə yekun sülh müqaviləsinin növbəti mərhələdə imzalanması mümkündür. Təbii ki, ABŞ və Türkiyə sülh müqaviləsində maraqlıdır. Ermənistanda cərəyan edən daxili siyasi böhran, Rusiyanın artan təzyiqləri N. Paşinyana seçkilərdə qələbə əldə etmək üçün münbit şəraitin yaradılması qaçılmaz görünür. N. Paşinyan revanşist müxalifəti sıradan çıxarır. Kilsədə Rusiya təsirini zəiflədir. Baş verənlər sülh üçün münbit şərait yaradır. Artıq Ermənistan Konustitusiya dəyişikliyi üçün komissiya təşkil edib.

Aynur Camal

Oxşar xəbərlər

Ayın rəngi 1 dəqiqə ərzində bozdan maviyə dəyişdi

Bugün TV

Fransada etiraz aksiyalarının 6-cı günündə 157 nəfər saxlanılıb

Nigar Məmmədova

Prezident Rusiyaya işgüzar səfərə gəlib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu