Bugun.tv xəbər verir ki, Kastamonuda 12 mərtəbəli binanın 9-cu mərtəbəsində baş verən yanğın söndürülüb. Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib. Polis qrupları təhlükəsizlik məqsədi ilə vətəndaşları binadan təxliyyə edib. Yanğınsöndürənlərin müdaxiləsi ilə alov digər mənzillərə keçməmiş söndürülüb.
TRT Haberin məlumatına görə, yanğın zamanı evə ziyan dəyib.
Müxbir: Şəms Elnurqızı
