Dünya

12 yaşlı uşaq milkshake içərək öldü!

12 yaşlı Mia Shay St Hilaire Londonun Bermondsey şəhərindəki kafedən aldığı süd kokteylini içdikdən sonra ağır allergik reaksiyaya uğrayıb. Təcili olaraq xəstəxanaya çatdırılan uşağı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Southwark Şurasının qida təhlükəsizliyi qrupu 12 yaşlı Mianın içkisini hazırlamaq üçün istifadə edilən qarışdırıcının kifayət qədər təmizlənmədiyini müəyyən edib. Müayinə zamanı blenderdə əvvəlki içkidən olan badam və fındıq izləri aşkar edilib. Təhlükəsizlik kamerası görüntülərində kafenin operatoru Barış Yücelin Mianın içkisini hazırlamazdan əvvəl blenderi təmizləmədiyi görünüb.

47 yaşlı Barış Yücel Kroydon Sülh Məhkəməsində mühakimə olunub və ümumilikdə 6 qida təhlükəsizliyi ittihamı üzrə təqsirli bilinib. İddialara allergen xəbərdarlığını aydın və müştərilər üçün əlçatan etməmək, allergenlə çirklənməni idarə etməmək və təsadüfən müştərilərə allergen tərkibli qidalar təqdim etmək daxildir.

Barış Yücel 100 saat ictimai iş cəzası alıb və cərimə ödəyib.

Mia ailəsinin vəkili Mişel Viktor, News Shopper-a verdiyi açıqlamada: “Belə müəssisələr Mia və allergiyası olan digər uşaqlar üçün qida təhlükəsizliyi qanunvericiliyinə uyğun hərəkət etməlidirlər. Heç bir nəticə Mianın ailəsinin çəkdiyi itkini kompensasiya edə bilməz.”

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Suriyada yerləşən ABŞ hərbi bazası raket hücumuna məruz qaldı

İntizar Əmirova

ABŞ Konqresi DeepSeek-dən istifadəni qadağan edir

Aynur Camal

Bu bölgədə hava həyəcanı verildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu