16 C
Baku
12 Oktyabr 2025, 0:22
Baş xəbərMədəniyyət

Tərcüməçilik peşəsinin mahiyyəti və onun cəmiyyətimizdə rolu

“Gənclərin Səsi Könüllü Platforması, Zirvə Gənclərin İnkişaf Klubu və Avrasiya Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tərcüməçilik peşəsinin mahiyyəti, onun cəmiyyətimizdə rolu, inkişaf perspektivləri və gənclərə verilə biləcək tövsiyələr ətrafında geniş müzakirələr aparılan konfrans keçirilib”.

Bugun.tv-xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında paylaşıb.

Deputat qeyd edib ki, bu konfransda həm nəzəri, həm də praktiki nümunələr üzərində dayanaraq, tərcüməçiliyin müxtəlif sahələrdə – elm, mədəniyyət, diplomatiya və biznes dünyasında əhəmiyyətini vurğulayıblar.

Tərcüməçilik sadəcə dillər arasında körpü yox, həm də xalqlar arasında mədəniyyətləri birləşdirən, bilikləri yaymaqda mühüm rol oynayan bir sənət olub. Tarix boyu böyük sivilizasiyaların formalaşmasında, elmin inkişafında və xalqlar arasında anlaşmanın təmin olunmasında tərcüməçilərin əvəzsiz xidmətləri olmuşdur.

Hal-hazırda qloballaşma və sürətli informasiya axını fonunda tərcüməçilik peşəsi daha da aktuallaşıb. Tərcümə yalnız mətnin bir dildən digərinə çevrilməsi deyil, həm də mənaların, dəyərlərin və üslubların düzgün çatdırılması deməkdir. Müasir dövrdə texnologiyanın inkişafı, avtomat tərcümə vasitələrinin yaranması peşəkar tərcüməçilərin rolunu azaltmır, əksinə, onların məsuliyyətini artırır. Çünki keyfiyyət, dəqiqlik və üslub baxımından insan faktoru hələ də ən önəmli göstərici olaraq qalır.

Gələcəkdə tərcüməçilik süni intellekt, yeni texnologiyalar və beynəlxalq əməkdaşlıq mühitinin təsiri ilə daha da dəyişəcək. Amma heç bir texnologiya insan yaradıcılığını, dilin incəliklərini və mədəniyyətlərarası ünsiyyət bacarığını tam əvəz edə bilməz. Tərcüməçiliyin gələcəyi həm ənənəvi biliklərə söykənəcək, həm də müasir innovasiyalarla zənginləşəcək.

Biz düşünürük ki, tərcüməçilik yalnız peşə deyil, həm də məsuliyyətli bir missiyadır. Gənclər bu sahəyə maraq göstərməli, dil biliklərini artırmalı, mədəniyyətlərarası ünsiyyət bacarıqlarını inkişaf etdirməli və özlərini daim yeniləməlidirlər. Çünki gələcəyin uğurlu tərcüməçiləri yalnız dilləri deyil, həm də xalqları, düşüncələri və ideyaları birləşdirən insanlar olacaq.

Milli Məclis Deputat Ceyhun Məmmədov 

Aynur Camal

Oxşar xəbərlər

Nazir mədəniyyət müəssələrinə baxış keçirib – FOTO

Aynur Camal

Saxlanılan şəxs polis əməkdaşlarına bıçaqla hücum edib

Aynur Camal

Parlamentinin binası bomba təhlükəsi səbəbindən boşaldıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu