29 C
Baku
10 İyul 2025, 21:12
Baş xəbərMaraqlı faktlar

“13-cü MADDƏ” – Azərbaycanın İlk Retro Mafiya Serialı Gəlir!

Azərbaycan serial industriyasında bir ilkə imza atılır! “VerTex Cinema”nın təqdimatında hazırlanan “13-cü MADDƏ” adlı yeni layihə ölkənin ilk retro mafiyaya əsaslanan serialı kimi tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Bugun.tv-xəbər verir ki, artıq yayıma başlamamışdan öncə böyük maraq və reytinqlər qazanan serial 13 bölümdən ibarət olacaq. Layihədə Azərbaycan tamaşaçısının yaxından tanıdığı Əjdər Zeynalov, Vaqif Kərimov, Elçin Əfəndli, Elxan Quliyev, Orxan Ələkbərov və digər peşəkar aktyorlar rol alıblar.

Serialın ssenari müəllifi və rejissoru Tehran Osmanov bildirib ki, baş qəhrəman olan Karol, 13 mafiyanın lideri olaraq toxunulmaz və sirli xarakteri ilə fərqlənir. Serialda Karolla yanaşı 13 fərqli mafiya liderinin hekayəsi öz əksini tapacaq.

Layihənin baş prodüseri Rövşən İsmayılov, prodüserlərdən biri isə Sərxan Rzayevdir. Həmçinin, hər iki prodüser serialda aktyor obrazlarında da çıxış ediblər.

“13-cü MADDƏ” serialının ARB TV-də yayımlanması nəzərdə tutulur və bu yaxınlarda tamaşaçılara təqdim olunacaq. İlk retro mafiya mövzulu bu serial, yalnız kriminal xətti ilə deyil, vizual estetikası və 80-90-cı illərin atmosferini əks etdirən retro tərzi ilə də fərqlənəcək.

Aynur Camal

Oxşar xəbərlər

Avtomobili qaçırıb sonra yandırdı  

Kəmalə Sultan

Bambuk dünyanın ən qeyri-adi bitkisidir – VİDEO

Aynur Camal

Avtomobildə 82 min makaron tapıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu