11 C
Baku
30 Mart 2026, 21:45
Baş xəbərSosial

13 yaşlı Azxəbər.az!

Bugun.tv xəbər verir ki, Azxəbər.az informasiya agentliyinin 13 yaşı tamam olub.
Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com ölkə mediasında öz sözünü deyən, kifayət qədər nüfuz sahibi olan informasiya agentliklərindən biridir.
Hər gün müxtəlif sahələri əhatə edən ölkə və dünya gündəmini izləyən, analiz edən, yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlayan sayt 2010-cu ilin 13 aprel tarixində təsis edilib.
Tərəfsiz, qərəzsiz, obyektiv və operativliyi ilə seçilən portal elə bu xüsusiyyətlərinə görə media sektorunda öz sahibidir.
Qeyd edək ki, Azxəbər.az 13 il öncə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Əfsələddin AğalarovHacıbəy Heydərlinin təşəbbüsü və əməyi ilə yaradılıb. Bu gün intellektual gənclər tərəfindən daha çox oxunan və bəyənilən portallardandır.
Azxeber.com eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır. Belə ki, portalın rəsmi “facebook” səhifəsini 600 minə, “instagram”da isə 500 minə yaxın insan bəyənib.
Eyni zamanda, portalın “Twitter”, “Youtube” və “Bax.tv” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

Bugün TV

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu