13 C
Baku
2 Dekabr 2025, 17:39
Digər

Rusiya vətəndaşlarını təxliyə edir! Tramp Venesuela ilə bağlı Maduroya son xəbərdarlığını etdi

ABŞ və Venesuela arasında gərginlik artdıqca Rusiya təəccüblü bir addım atıb. Rusiya prezidenti Vladimir Putin vətəndaşlarını Venesueladan təxliyə etməyə başlayıb. ABŞ prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduroya sonuncu xəbərdarlıq edərək ölkəni tərk etməsini istədiyi bildirilir.

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə danışdığını təsdiqləyib. Lakin Tramp zənglə bağlı təfərrüatlar verməkdən imtina edib. “Miami Herald” qəzeti söhbətlə tanış mənbələrə istinadən iddia edib ki, Maduro azad seçkilərə icazə vermək müqabilində Venesuela ordusuna nəzarəti saxlamağı tələb edib.

AİLƏNİZİ ALIN VƏ ÖLKƏNİ İNDİ TƏRK EDİN!”

Mənbələr bildirib ki, Maduro özü və yaxın ətrafı üçün “törətdikləri iddia edilən cinayətlərə” görə “qlobal əfv” istəyib. Tramp bu tələbləri rədd edib və Maduroya “onun, həyat yoldaşı Siliya Floresin və oğullarının (ölkədən) təhlükəsiz keçidi təmin edilə biləcəyini, lakin bu, dərhal baş verməlidir” mesajını çatdırıb.

RUSİYA VƏTƏNDAŞLARINI VENESUELADAN TƏXİYYƏ EDİR

ABŞ ilə Venesuela arasında gərginlik artdıqca Rusiya hərəkətə keçib. Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarını Venesueladan təxliyə etməyə başlayıb. Venesuelada Rusiya vətəndaşları üçün xüsusi uçuşlar təşkil olunur.

Rusiya mediasında yayılan və beynəlxalq rezonans doğuran bu elan geniş müzakirələrə səbəb olub. İddia olunurdu ki, Rusiya ABŞ-ın qarşısında Venesuelanı tərk edir.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynanın hərbi sənaye sisteminə hücum etdi

Teymur Əziz

Britaniyalı alimlər ana genlərinin uşaqlarda piylənməyə güclü təsirini aşkarladı

Bugün TV

Tramp: Rusiya ilə razılaşmaya çox yaxınıq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu