Dünya

136 milyon TL dəyərində ev pulsuz verilir – tək şərt hamını təəccübləndirdi

Bugun.tv xəbər verir ki, ABŞ-ın Massaçusets ştatı sahillərində yerləşən Nantucket adasında dəyəri təxminən 3 milyon dollar (təxminən 136 milyon TL) olan bir ev sahib tərəfindən pulsuz elan edilib.

Məlumata görə, ev sahibinin bu qərarı əmlak bazarında nadir rast gəlinən bir hadisə kimi qiymətləndirilir və qısa zamanda böyük marağa səbəb olub.

Evin verilməsinin əsas şərti isə diqqət çəkib. Belə ki, yeni sahibi evi pulsuz alsa da, onu 6 ay ərzində yerləşdiyi torpaq sahəsindən köçürməlidir.

Ev 3 yataq otağı və 2 hamamdan ibarətdir və təxminən 161 kvadratmetr sahəyə malikdir. O, bir akrdan böyük ərazidə yerləşir.

Məlumata görə, Nantucket adası ABŞ-ın ən bahalı bölgələrindən biri hesab olunur və burada daşınmaz əmlak qiymətləri olduqca yüksəkdir. Ekspertlər bildirirlər ki, bu cür təkliflərdə əsas məqsəd çox vaxt ev deyil, torpaq sahəsinin qorunması və istifadəsidir.

Mütəxəssislərin sözlərinə görə, ABŞ-da bir evin köçürülməsi 150 min – 500 min dollar arası dəyişən xərclərə səbəb ola bilər. Buna baxmayaraq, Nantucket kimi elit bölgədə belə bir imkanın hələ də sərfəli olduğu qeyd edilir.

Mənbə: TGRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Qəzzədə şagirdlər məzuniyyət imtahanlarına elektriksiz çadırlarda hazırlaşır

Aynur Camal

Yerə çox yaxın keçən asteroid alimləri həyəcanlandırdı

Aynur Camal

Avropada Ebola təhlükəsi ilə bağlı beynəlxalq xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu