10 C
Baku
15 Mart 2026, 20:19
Baş xəbərKriminal

138 ədəd çətənə bitkisi aşkar edildi

Bugun.tv xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik bitkilərin aşkar edilməsi davam etdirilir. O cümlədə qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində də tədbirlər görülür.

Daxil olunan məlumat əsasında İmişli RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Əməliyyat nəticəsində şübhəli bilinən rayonun Oruclu kənd sakini Budaq Qəmbərov saxlanılıb.

Onun fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib. Keçirilən baxış zamanı böyürtkən kollarının arasında kultivasiya yolu ilə yetişdirilmiş 138 ədəd çətənə bitkisi aşkar olunub və maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu