“1969-cu ilin 14 iyul tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi xalqımızın tarixində müstəsna rol oynayıb. Məhz bu tarix dövrün başlanğıcı, Azərbaycanın xilasının birinci mərhələsi kimi dəyərləndirilir. Bununla da Azərbaycan xalqının özünüdərk, etnokulturoloji və Azərbaycançılıq ideyası ətrafında birliyi formalaşmağa başlayıb və bu sarsılmaz prinsiplərlə açıq şəkildə təbliğ olunub”.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, o dövr Azərbaycan vətəndaşına müstəqil dövlət anlayışına sahib olmaq anlayışının təbliği və ona inanması olduqca önəmli idi: “Dahi Şəxsiyyət Azərbaycan xalqının şüurunda bu inqilabi dəyişikliyi yaratmağa nail olub. Tarixi reallıq və milliözünüdərk prosesinin başlanğıcı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü, həmçinin soykökə qayıdışın mahiyyətini özündə ehtiva edir. Tarixi Şəxsiyyətin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına hədəflənmişdi. 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatı gücləndirildi. İqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də geridə qalmış respublikalardan biri olan Azərbaycan bu tarixdən sonra özünün yeni dövrünü yaşamağa başladı”.
O qeyd edib ki, 1969-cu ilə qədər SSRİ-də aqrar bir ölkə kimi tanınan Azərbaycan o tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya çevrildi: “Bu mənada 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığı da ön planda oldu. 1969-1982-ci illər milli kadrların hazırlanması ilə bağlı mühüm addımlar atıldı. Bunun nəticəsidir ki, həmin illər Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xarakterizə edilir. Eyni zamanda Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə gənclərinin müxtəlif elmi biliklərlə yanaşı hərb elminə də yaxından bələd olması, mənimsəməsi üçün ciddi işlər görülüb. Dövrün çətinliklərinə, etirazlara rəğmən Dahi Şəxsiyyət Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Hərbi məktəbin açılması Azərbaycanda milli hərbçi kadrların hazırlanmasında və yetişdirilməsinə mühüm töhfə rol oynayıb. Həmçinin yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali hərbi məktəblərinə və hərbi akademiyalara təhsil almağa göndərilib. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil alırdı. 1978-ci il sovet Azərbaycanının Konstitusiyasının qəbul edilməsi isə tarixi hadisə idi. Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi Ulu Öndərin müstəsana tarixi xidmətidir”.
Məlahət İbrahimqızı hesab edir ki, 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə olan sonsuz sevgisini ifadə edirdi: “1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail olub. “O dövr və ondan sonrakı mərhələdə Azərbaycanın keçmiş olduğu inkişaf strategiyasının əsası isə məhz 1969-cu ilin 14 iyul tarixindən qoyulub. Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa tarixi zəfərə imza atdı. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki bir günlük antiterror tədbirləri ilə ölkə ərazisində konstitusiya quruluşu bərqərar edildi. Bu gün isə Qarabağda və Şərqi Zəngəzurda həyat canların, Böyük Qayıdış konsepsiyasına uyğun olaraq tarixi torpaqlarımız çiçəklənir”.
Mənbə: Siyasetİnfo.Az