25 C
Baku
20 İyul 2025, 0:40
Baş xəbər

“142” Çağrı mərkəzinin yeni xidmətkəri yaradıldı

 Bugun.tv-yə daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzində interaktiv səsli cavablandırma (IVR) xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində bir sıra yeni elektron məlumatlandırma xidmətləri də yaradılıb.

Onların sırasına:

  •   cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik sosial müavinətin təyin edilməsi,
  •  pensiyanın bir növündən digər növünə keçirilmə,
  • əlilliyin müəyyən olunması,
  • orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxsə qulluq edən şəxs üçün aylıq təqaüdün təyinatı ilə bağlı qanunvericiliyin izah edilməsi xidmətləri daxildir.

Bundan əvvəl isə ünvanlı sosial yardım, uşağın anadan olmasına görə birdəfəlik müavinət, əlillik təyinatı və  s. ilə bağlı müraciətlərin cari statusunun öyrənilməsi, sosial təminat növləri üzrə müraciət qaydalarına dair qanunvericiliyin izahı xidmətləri elektronlaşdırılıb.

Beləliklə, “142” Çağrı mərkəzinə müraciət edən şəxslər artıq həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müvafiq xidmət üzrə rəqəmi sıxaraq həmin xidmətə dair səsli menyu vasitəsilə məlumatı dinləyə bilirlər.

Məqsəd sadə müraciətlər, tez-tez verilən suallar, həmçinin birbaşa operator yardımı tələb etməyən zənglərlə bağlı cavablandırmanın elektron qaydada daha çevik həyata keçirilməsidir.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Səmada “Nərə balığı ayı” çıxacaq. Bu fenomen nədir?

Aynur Camal

Rusiya Ulu Öndərin 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxacaq

Aynur Camal

Təcili yardım maşını ilə avtomobil toqquşdu: 9 yaralı var

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu