13 C
Baku
30 Mart 2026, 13:48
Baş xəbərKriminal

15 min manat oğurlayan saxlanıldı

Ağcabədidə evdən 15 000 manat miqdarında oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Bugun.tv-yə DİN-nin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib

Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla ev sahibinin iki il öncə oraya baş çəkdiyi və oğurluğun da bundan sonrakı dövr ərzində törədildiyi müəyyən edilib.

Belə ki, qeyd edilən cinayətin rayon sakini Rahib İmanov tərəfindən törədildiyi məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb və dindirilmə zamanı öz əməlini etiraf edib.

R.İmanov ötən ilin avqust ayının əvvəlindən dekabr ayının sonunadək mütəmadi şəkildə qızıl-zinət və məişət əsyaları oğurlamaqla zərərçəkmişə 15 min manat miqdarında maddi ziyan vurub.

Oğurlanan əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu