4 C
Baku
14 Dekabr 2025, 21:44
Baş xəbərKriminal

15 il əvvəl törədilmiş qətlin üstü açıldı

Daxili İşlər Nazirliyi məlumat yaydı

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalan daha bir qəsdən adamöldürmə cinayətinin üstü açılıb.

Bu barədə Bugun.tv-yə  DİN-in Mətbuat ximdətindən məlumat verilib.

Bildirilib ki, 2008-ci ilin oktyabr ayının 28-də Sumqayıt şəhər sakini 1972-ci il təvəllüdlü Tünzalə Kərimovanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə Sumqayıt Şəhər Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq hərəkətləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 45 yaşlı Ərəstun Zülfüqarov tutularaq istintaqa təhvil verilib. Saxlanılarkən ondan bir ədəd səsboğuculu “Baykal” markalı tapança, həmin silaha aid 176 ədəd patron və bir büküm heroin aşkar olunaraq götürülüb.

Cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Külək daha bir yanğına səbəb oldu

Aynur Camal

Əziz yazar doğum gününüz mübarək!

Aynur Camal

Oğurlanan üzük üzrxahlıq məktubu ilə geri qaytarıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu