20 C
Baku
9 Sentyabr 2025, 8:20
Baş xəbər

15 İyun – Milli Qurtuluş Günü

Bugun.tv xəbər verir ki, “15 İyun – Milli Qurtuluş Günü”dür. Bu münasibətlə Milli Məclisin deputatı Fatma Yıldırım xalqımızı təbrik edib.

“Əziz həmvətənlər! Bu gün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Həmin tarixi gün Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir şəraitdə xalqın istəyilə hakimiyyətə qayıdan Ulu Öndər böyük xilaskarlıq missiyasını yerinə yetirdi, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ölkəmiz inkişaf və tərəqqi mərhələsinə qədəm qoydu, hüquqi və demokratik dövlətin təməlləri atıldı.

Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır. Artıq doğma Qarabağımızda üçrəngli bayrağımız dalğalanır. Azərbaycan bütün torpaqlarında suverenliyini tam təmin edib. İşğaldan azad edilmiş ərazilərimizin bərpası üçün nəhəng layihələr həyata keçirilir.

Qazanılan bütün nailiyyətlərin əsasında isə Heydər Əliyev siyasəti, Qurtuluş məfkurəsi dayanır!

Bayramınız mübarək!”.

Fatma Yıldırım Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Ağcabədə çətənə bitkisi və qurudulmuş marixuana götürüldü

Kəmalə Sultan

“Təbabətin aktual problemləri – 2023” mövzusunda konqreslərinə start verildi

Aynur Camal

 Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu