22 C
Baku
12 Sentyabr 2025, 2:30
Baş xəbərHadisə

15 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Bugun.tv xəbər verir ki, Yalovada 15 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Yataqxanada qalan tələbələr nahardan bir müddət sonra ürəkbulanma və qusma şikayətləri ilə vəziyyəti ilk olaraq yataqxana rəhbərliyinə, sonra isə 112 Təcili Zəng Mərkəzinə bildiriblər.

TRT Haber-in məlumatına görə, xəbər verildikdən sonra hadisə yerinə çoxlu təcili yardım maşınları göndərilib. Yataqxanaya gələn tibb qrupları ürəkbulanma və qusma şikayəti ilə gələn 15 tələbəni ilkin tibbi yardımdan sonra Çınarcık Dövlət Xəstəxanasına aparıb.

Xəstəxanada müşahidə edilən və sağlamlıqlarının yaxşı olduğu bildirilən tələbələr müalicələrinin ardından evə buraxılıblar.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Köpək balığı 13 yaşlı uşağı tutdu

Aynur Camal

İsmayıllı rayon sakinindən 3 kq narkotik vasitə götürüldü 

Kəmalə Sultan

Nazir: “B.Yıldırımın səhhəti yaxşıdır”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu