33 C
Baku
20 İyul 2025, 19:51
Dünya

150 uşağın Qəzzadan çıxması təxirə salındı

İsrailin baş naziri Benyamin Netanyahu müalicə üçün Birləşmiş Ərəb Əmirliklərinə getməsi planlaşdırılan 150 uşağa icazə verməyib.

Qəzzaya hücumlarını fasiləsiz davam etdirən İsrail ən çox uşaqlara zərər verir.

Qəzzanı açıq hava həbsxanasına çevirən İsrail yaralı uşaqların müalicə almasına da mane olur.

Bazar ertəsi 150-yə yaxın uşağın müalicə üçün İsrail vasitəsilə BƏƏ-yə getməsi planlaşdırılırdı.

Lakin Netanyahu Məcdel Şəms hücumundan sonra uşaqların Qəzzanı tərk etməsini təxirə salmaq qərarına gəlib.

 Məsələ ilə bağlı hər iki cəbhədə sükut hökm sürür

Netanyahunun qərarının Maqdel Şəms hücumu ilə hansı əlaqəsi olduğu və uşaqların Qəzzanı tərk etməsi üçün yeni tarixin müəyyən edilib-edilmədiyi barədə məlumat verilməyib. Məsələ ilə bağlı BƏƏ-dən heç bir açıqlama verilməyib.

İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində bir futbol meydançasına raketin düşməsi nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin öldüyü, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb.

İsrail ordusu “əllərində olan kəşfiyyat məlumatları və onların qiymətləndirməsi nəticəsində” raketin Livanın cənubundakı Şeba şəhərinin şimalından atıldığını bəyan edərək, Livan Hizbullahının məsuliyyət daşıdığını açıqlayıb.

Livan Hizbullahı isə Məcdel Şəmsdəki hücumun onlar tərəfindən həyata keçirildiyinə dair iddiaları təkzib edərək, “hadisə ilə heç bir əlaqəsinin olmadığını” bildirib.

İsrailin baş naziri Binyamin Netanyahu da hücumla bağlı açıqlamasında “İsrail bu ölümcül hücumu bir kənara qoymayacaq. Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcək” deyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Almaniya hökuməti TikTok hesabı açıb

Teymur Əziz

Çin kosmosa yeni Yer müşahidə peykini buraxıb

Aynur Camal

Rusiya Donetskdə Memrik qəsəbəsini ələ keçirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu