24 C
Baku
20 İyul 2025, 3:58
Baş xəbərDünya

16 yaşdan kiçik şəxslərə sosial media qadağası gündəmdədir

Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya üzrə Dövlət Naziri Peter Kyle, uşaqların internetdə təhlükəsizliyini təmin etmək üçün 16 yaşından kiçiklər üçün sosial media qadağasının gündəmdə olduğunu söylədi. ITV News kanalına verdiyi açıqlamada Kayl internetin uşaqlar üçün təhlükəsiz olması üçün əlindən gələni edəcəyini bildirib.

Buna nail olmaq üçün 16 yaşın altındakı insanlar üçün sosial medianın qadağan edilməsinin masada duran variantlardan biri olduğunu ifadə edən Kayl, “Mən məcbur olmadıqca bir şeyi birbaşa qadağan etmək istəmirəm, lakin hər zaman insanların təhlükəsizliyini ön planda tuturam” deyib.

Kyle, gələn il qüvvəyə minəcək Onlayn Təhlükəsizlik Qanununun tətbiqindən məsul olan Rabitə Ofisinin (Ofcom) texnologiya şirkətlərinə qarşı daha kəskin qərarlar verməli olduğunu ifadə etdi.

Kyle, 16 yaşından kiçiklər üçün sosial medianın məhdudlaşdırılmasının müzakirə edildiyi Avstraliyadakı siyasətçilərlə də əlaqə saxladığını söylədi və əlavə etdi: “Onlayn mühitlərdə uşaqların təhlükəsizliyi hökumətimizin prioritetidir” deyib.

Kayl, smartfonların uşaqlara təsirinin bir araşdırma layihəsi vasitəsilə qiymətləndiriləcəyini bildirib.

Bu arada, sosial mediada həmyaşıdlarının zorakılığına məruz qalaraq intihar edən Molli Rouzun ailəsi tərəfindən qurulan Molly Rose Foundation da verdiyi açıqlamada Kaylı dəstəkləyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Bakı yenidən dünyanın şahmat paytaxtına çevriləcək”

Aynur Camal

1819-1969-cu illər arasında ABŞ internat məktəbləri araşdırıldı – 973 uşaq ölüb

İntizar Əmirova

Meksikada 76 metrlik Torta sendviçi ilə yeni dünya rekordu qırılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu