17 C
Baku
10 İyun 2025, 8:39
Baş xəbərKriminal

160 kiloqram narkotik vasitə aşkarlandı

Bugun.tv xəbər verir ki, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşları xüsusi əməliyyat keçiriblər. Nəticədə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən 160 kq narkotik maddənin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Beyləqan rayonunda keçirilən tədbir zamanı paytaxt sakini, əvvəllər məhkum olunmuş Tərlan Xasməmmədov saxlanılıb. Bu şəxsdən və onun sərnişin kimi əyləşdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilərək, yüksək təsiredici xassəyə malik 100 kiloqram qurudulmuş marixuana və 60 kiloqram tiryək aşkar edilib.
T.Xasməmmədov ifadəsində narkotik vasitələri İran vətəndaşı “Yaşar” adı şəxsin vasitəsilə Beyləqanın 2-ci Şahsevən kəndi ərazisində gizlətdiyini etiraf edib. Onu Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb, pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.

Teymur Əziz

Oxşar xəbərlər

Ölkəmizdə gün ərzində 2-ci zəlzələ qeydə alınıb – YENİLƏNİB – VİDEO

Aynur Camal

Tozsoranı necə təmizləmək olar ?

Aynur Camal

İsrail Abbasın Qəzzaya səfərini əngəlləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu