19 C
Baku
8 Sentyabr 2024, 3:45
Digər

162 saylı məktəbdə Ulu Öndərin anım günü qeyd olunub – FOTO – ÖZƏL

Bugun.tv xəbər verir ki, dekabrın 12-də 162 saylı məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub.Bu münasibətlə  məktəbdə şagirdlərin ümumi tədbiri və açıq dərslər keçirilib.Tədbirdə böyük rəhbərin həyat və fəaliyyətini əks etdirən video görüntülər nümayiş etdirilib. Şagirdlər yaddaşlardan silinməyəcək, hər zaman qəlblərdə yaşayacaq dahi lider haqqında şeirlər söyləyiblər.Dünya şöhrətli siyasi xadimin  tarixi xidmətlərini bir daha xatırladıblar.
“Heydər Əliyev Azərbaycan üçün keçmiş deyil, gələcəkdir” deyən yuxarı sinif şagirdləri açıq dərslərdə aktiv fikir mübadiləsi aparıblar. Onlar  Heydər Əliyev irsini öyrənməyə, onun zəngin həyat təcrübəsindən bəhrələnməyə ehtiyac olduğunu bildiriblər.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

YAP nümayəndə heyəti Çinə səfər edib

Nigar Məmmədova

Qulaq çöpünün zərərləri nələrdir?

Nigar Məmmədova

“pozlaşan iqtisadiyyatı” səbəbindən səfirliklərinin bir qismini bağladı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu