22 C
Baku
23 Oktyabr 2025, 17:12
Baş xəbərDünya

1788 uşaq ailələrinə verilib

Kahramanmaraş

Bugun.tv xəbər verir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi 1915 kimsəsiz uşaqdan 1788-ni ailələrinə təhvil verildiyini, 79-nun isə müəssisə himayəsinə verildiyini açıqlayıb.

Nazirlikdən o da bildirilib ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra dağıntılar altından çıxan və nəzarətsiz qalan 1915 uşaq qeydiyyata alınıb, 1788 azyaşlının şəxsiyyətləri yoxlanıldıqdan sonra ailələrinə təhvil verilib.

Açıqlamada 41 uşağın müalicə prosesinin yaxından izləndiyi vurğulanıb. “Müalicəsi başa çatan 79 uşaq nazirliyimiz tərəfindən müəssisə qayğısına götürülüb. Uşaq baxım müəssisələrində hələlik şəxsiyyəti məlum olmayan 22 azyaşlı var. Onlardan 7-si xəstəxanada olarkən dünyasını dəyişib. Bundan əlavə, Ailə İnformasiya Sistemi Fəlakət İdarəetmə Uşaq Moduluna edilən bildirişlərlə bağlı aparılan araşdırmalar nəticəsində 479 uşağın öldüyü müəyyən olunub”,- açıqlamada bildirilib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Gəncə şəhərində velosiped çempionatı başlayıb

Aynur Camal

Dağıstan rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Kəmalə Sultan

Sürücü yük avtomobilini polisin üstünə sürdü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu