Bugun.tv xəbər verir ki, 18 Mart Türkiyə tarixinə qızıl hərflərlə yazılan Çanaqqala zəfərinin ildönümü qeyd olunacaq.
Bu gün Çanaqqala Dəniz Zəfərinin 108-ci ildönümündə Çanaqqalanı keçilməz edən Qazi Mustafa Kamal Atatürk başda olmaqla bütün qəhrəmanlar minnətdarlıqla anılacaq.
Xatırladaq ki, tarixin ən böyük və ən çətin döyüşlərindən birinin baş verdiyi Çanaqqalada həm qalibə, həm də məğluba baha başa gəlib. Həm quruda, həm də dənizdə gedən döyüşlərdə hər iki tərəf 500 mindən çox itki verib.
Qeyd edək ki, Osmanlı İmperiyasının Çanaqqala Döyüşündə bütöv bir xalq olaraq dastan yazdığı müharibədir. 3 noyabr 1914-18 mart 1915-ci il tarixləri arasında dəniz döyüşləri, 25 aprel 1915-ci il və 9 yanvar 1916-cı il tarixləri arasında Gelibolu yarımadasında quru döyüşləri kimi aparılmışdır. Gelibolu Döyüşü Osmanlı İmperatorluğunun qərb ölkələrinin qurduğu Antantaya qarşı müdafiədə olduğu müharibənin adıdır.
Antanta dövlətləri bu müharibədə Çanaqqala və İstanbulu ələ keçirməyi qarşıya məqsəd qoymuşdular. Lakin Antanta dövlətlərinin donanmaları 18 mart 1915-ci ildə Osmanlı ordusuna məğlub olub.
Beləliklə bu savaş Türk tarixinə böyük bir dastan kimi yazılıb və Anadolu torpaqlarının və Boğazın türk hakimiyyəti altında qalmasını təmin edib. Mənbə: NTV