33 C
Baku
20 İyul 2025, 18:34
Baş xəbərDünya

1,8 milyon zəvvar hacı oldu

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanı, COVID-19 pandemiyasından sonra ilk məhdudiyyətsiz həcc mövsümündə 150 ​​ölkədən 1,8 milyon zəvvarın həcc ziyarətində olduğunu açıqlayıb.

Həcc və Ümrə Naziri Tofiq Er-Rabia bununla əlaqədar mətbuat konfransı təşkil etdi.

Bu il 150 ölkədən zəvvarların sayının 1 milyon 845 min nəfərə çatdığını ifadə edən Rabia, ümumi zəvvarların 184 min 130 nəfərinin Səudiyyə Ərəbistanı vətəndaşı olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Statistika İnstitutunun açıqlamasına görə, ərəb ölkələrindən 346 min 214 nəfər, Asiya ölkələrindən 1 milyon 56 min 317 nəfər, Afrikadan 221 min 863 nəfər, Avropa, Amerikadan 36 min 521 nəfər ziyarətə qatılıb.

Zəvvarların 1 milyon 593 min 271-i Səudiyyə Ərəbistanına xaricdən hava, 60 min 813-ü quru, 6 min 831-i isə dəniz yolu ilə gəlib.

Yerli və xarici zəvvarların ümumi sayı arasında kişi zəvvarların sayı 969 min 694, qadın zəvvarların sayı isə 875 min 351 nəfərə çatıb.

Həcc və Ümrə naziri Rabia yanvarın 9-da bildirib ki, zəvvarların sayı COVID-19 epidemiyasından əvvəlki vəziyyətinə qayıdacaq. Keçən il zəvvarların sayı 899 min 353 olaraq hədəflənəndən az qalıb, onlardan 779 min 919-u xaricdən gələnlərdir.

2021-ci ilin həcc mövsümündə epidemiyanın yayılması səbəbindən Səudiyyə Ərəbistanından yalnız 60 min insanın ciddi sağlamlıq nəzarəti altında iştirakına icazə verildi.

2019-cu ildə dünyanın hər yerindən təxminən 2,5 milyon zəvvarın gəldiyi Səudiyyə Ərəbistanında 2020-ci ildə zəvvarların sayı təxminən 10 minlə məhdudlaşdırılıb.

Mənbə:TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Daşkəsən, Kəlbəcər və Laçında olan təxribatlar haqqında Türk siyasi ekspertinin fikirləri

Aynur Camal

TikTok üçün məxfilik cəzası: 345 milyon avro ödəyəcək

Teymur Əziz

Alleqri “Yuventus”dan gedir?-AÇIQLAMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu