9 C
Baku
21 Dekabr 2025, 16:19
Digər

18 oktyabr müstəqilliyimizin bərpası günüdür

AZƏRBAYCANDA MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜDÜR.

Bugun.tv xatırladır ki, Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib.

Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Qeyd edək ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34-ci ili tamam olur.

Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.

Azərbaycan xalqı artıq bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa edən qalib xalq kimi qeyd edir.

Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), üçrəngli bayrağı, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi 1992-ci ilin mayından Milli Məclis tərəfindən təsdiq olunub.

Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.

Aynur Camal

Oxşar xəbərlər

İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında – FOTOLAR

Aynur Camal

Qəbilə qarşıdurması: 15 ölü

Aynur Camal

Media: İsveç klubları qeyri-ağdərili qonaqların sayını azaltmaq üçün musiqini dəyişir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu