7 C
Baku
22 Fevral 2026, 0:51
Maraqlı faktlar

“1901-ci il 7 oktyabr təhsil tarixində çevrilişə səbəb olan tarix”

Araşdırmaçı jurnalist Anar Tağıyev “Beynəlxalq müəllimlər günü” münasibətilə 1901-ci ilin 7 oktyabrında Bakıda əsası qoyulan müsəlman qızlar üçün ilk təhsil ocağı – Qızlar Məktəbi haqqında paylaşım edib.

O qeyd edib ki, Bakıda müsəlman qızlar üçün məktəb tanınmış maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfidən inşa edilmişdi. “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir” deyən H.Z.Tağıyevin min-bir əziyyət bahasına açdırdığı qızlar məktəbi 20-ci əsr müsəlman Şərq təhsil tarixində çevrilişə səbəb oldu. Bu, Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.

Aynur Camal

Oxşar xəbərlər

Yeni kommersiya batareyası sənaye müzakirələrində – VİDEO

Aynur Camal

YouTube-a yüklənən ilk video London muzeyi tərəfindən satın alınıb

Aynur Camal

Alimlər açıqladı: Triseratopsun burnu niyə bu qədər böyük olub?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu