Maraqlı faktlar

1953-cü ildən bəri boş qalan adanın yeni sakinləri müəyyənləşdi

Bugun.tv xəbər verir ki, Atlantik okeanında yerləşən və 1953-cü ildən bəri daimi sakini olmayan Great Blasket adasında yay mövsümü üçün baxıcılıq edəcək cütlük müəyyənləşib.

İrlandiyanın Kilkenni şəhərindən olan Aisling Costello və həyat yoldaşı Conor Jones minlərlə namizədi geridə qoyaraq adanın yeni baxıcıları seçiliblər. Dünyanın müxtəlif ölkələrindən bu qeyri-adi iş üçün müraciətlər daxil olub.

Cütlük yay mövsümü ərzində adada yerləşən üç kirayə kottecin idarə olunması, qonaqların qarşılanması, təmizlik və texniki xidmət işlərinin həyata keçirilməsi ilə məşğul olacaq.

Great Blasket adasında daimi elektrik və isti su sistemi yoxdur. Buna görə də yeni sakinlər məhdud şəraitdə yaşayaraq bütün gündəlik işləri özləri yerinə yetirməli olacaqlar.

Aisling Costello bildirib ki, bu fürsət onların uzun illərdir qurduğu arzu olub. Onun sözlərinə görə, bir çox insan bu qərarı qəribə hesab etsə də, onlar üçün əsas məqsəd maddi qazanc deyil, unudulmaz həyat təcrübəsi qazanmaqdır.

Qeyd edək ki, İrlandiyanın qərb sahilləri yaxınlığında yerləşən Great Blasket adası təbii gözəllikləri və vəhşi təbiəti ilə məşhurdur. Ada hər il minlərlə turistin diqqətini cəlb edir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Ağacdan içməli su axır: Təbiətin ən heyrətamiz möcüzələrindən biri

Aynur Camal

Sabun ağacı: Meyvəsindən təbii sabun hazırlanan qeyri-adi bitki

Aynur Camal

6 min ildir sönməyən dağ: Dünyanın ən sirli təbii yanğını

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu