Image default
Mədəniyyət

1965-ci ildə yazılmış və indiyədək yayımlanmayan David Bowie mahnıları işıq üzü görəcək

Bugun.tv xəbər verir ki, britaniyalı əfsanəvi musiqiçi David Bowienin 1965-ci ildə yazdığı və indiyədək yayımlanmayan mahnıları ilk dəfə dinləyicilərə təqdim olunacaq.

The Guardian nəşrinin məlumatına görə, “David Bowie: The Shel Talmy Recordings” adlı toplu albom sentyabrın 18-də satışa çıxacaq. Albomda ümumilikdə 22 mahnı yer alacaq ki, onların 10-u indiyədək heç vaxt yayımlanmayıb.

Mahnılar Bowie hələ Davie Jones adı ilə fəaliyyət göstərdiyi dövrdə, məşhur prodüser Shel Talmy ilə əməkdaşlığı zamanı yazılıb. Topluda sonradan Led Zeppelin qrupunun əfsanəvi gitaristi kimi tanınan Cimmi Peycin sessiya musiqiçisi kimi ifa etdiyi bəzi mahnılar da yer alacaq. Həmçinin məşhur pianoçu Niki Hopkinsin ifaları da alboma daxil edilib.

Yeni toplu albom David Bowienin məşhurlaşmazdan əvvəlki yaradıcılıq dövrünə işıq salır. Musiqi tənqidçiləri hesab edirlər ki, bu qeydlər sənətkarın sonradan dünya musiqisində inqilab yaradan üslubunun formalaşma mərhələsini göstərən mühüm arxiv materiallarıdır.

Albomdan ilk olaraq “I Want Your Love” adlı indiyədək yayımlanmayan mahnı təqdim edilib. Musiqisevərlər sentyabr ayında Bowie irsinin erkən dövrünə aid digər nadir səsyazılarını da dinləyə biləcəklər.

əfsanəvi musiqiçi David Bowienin 1965-ci il

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Aynur Camal

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

III Beynəlxalq Məqam Sənəti Forumunun açılış mərasimi keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu