Baş xəbər

1991-ci ildən indiyədək 3336 nəfər mina partlayışlarının qurbanı olub

Azərbaycan Baş prokurorunun xüsusi tapşırıqlar üzrə baş köməkçisi İlqar Səfərov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terroru bu gün mina partlayışları ilə davam edir.

O, bunu Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə mətbuat konfransında Ermənistan silahlı qüvvələrinin və Ermənistanın qanunsuz silahlı birləşmələrinin 1988-ci ildən indiyədək Azərbaycana qarşı törətdiyi cinayətlərə dair danışarkən deyib.

Səfərov qeyd edib ki, 1991-2022-ci illər ərzində Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər olub.

Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından indiyədək mina partlayışları nəticəsində 44 azərbaycanlı həlak olub, 213 nəfər yaralanıb.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Ukrayna siyasəti Moskvanın maraqlarına uyğunlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu