17 C
Baku
27 Oktyabr 2025, 3:07
Baş xəbərDünya

2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilir

Bugun.tv xəbər verir ki, ölkəmizdə 2-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilir.

Bu barədə bir çox xarici KİV-ləri də xəbərlər paylaşıb.

Türkiyənin Haber Global saytı “İkinci Qarabağ müharibəsinin 4-cü ildönümündə Azərbaycan şəhidlərinin xatirəsi anılır” – başılığı adı altında məlumat verib:

“Düz 4 il əvvəl, 2020-ci il sentyabrın 27-də Qarabağın işğaldan azad edilməsi ilə nəticələnəcək tarixi proses başladı. 2-ci Qarabağ müharibəsi 44 gün davam edəcək və Azərbaycanın qələbəsi ilə başa çatacaqdı. Həmin qələbə Qarabağı işğaldan xilas etdi və onu öz vətəninə, Azərbaycana qaytardı” deyə xəbərdə paylaşılıb.

Həmçinin məkumatda: “Bu səhər də xeyli sayda azərbaycanlı Şəhidlər Xiyabanına və 2-ci Qarabağ Şəhidləri Qəbiristanlığına gedib. Şəhidlər məzarlığına gedən azərbaycanlıların əllərində Azərbaycan və Türkiyə bayraqları olub” deyə yazılıb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycan Gürcüstanla mühüm layihələr həyata keçirir”

Aynur Camal

“Azərbaycanın Aİİ-yə daxil olmaq planları yoxdur”

Aynur Camal

Çoxdan itirilmiş müqəddəs şəhər tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu