28 C
Baku
8 Sentyabr 2025, 18:29
Baş xəbərDünya

2 qayçı itkisi hava limanını iflic etdi! Onlarla reys ləğv edildi

Yaponiyanın Hokkaydo əyalətindəki Yeni Çitose hava limanında 2 qayçı itdiyi üçün xaos yaşanıb. 36 reys qayçı itdiyi üçün ləğv edilib, 201 reys isə təxirə salınıb. İtmiş qayçı 1 gün sonra tapılıb.

Yaponiyanın New Chitose hava limanında mağazadan iki qayçı itib. 2 qayçının olmadığını görən işçilər mühafizəçilərə məlumat veriblər. Bu andan xaos başlayıb.

Hava limanında təhlükəsizlik yoxlamaları 2 saat davam edib və səlahiyyətlilər qayçı axtarmağa başlayıb. Lakin qayçı tapılmadıqda yüzlərlə sərnişin yenidən təhlükəsizlik yoxlamasına məruz qalıb. Hava limanında uzun növbələr yaranarkən, 36 reys təxirə salınıb, 201 reys təxirə salınıb. Aviaşirkətin hərəkətini iflic edən qayçı bir gün sonra həmin mağazada tapılıb.

Yaponiya Nəqliyyat Nazirliyi hava limanı rəhbərliyinə tədbirləri artırmaq barədə xəbərdarlıq edərək, “Bu hadisənin mağazada saxlama və idarəetmə sistemlərinin olmamasından qaynaqlandığını qəbul edirik” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Elman Nəsirov: “Söyüdlü kəndində baş vermiş hadisə ilə bağlı öncədən tədbir görülsəydi, məsələ bu həddə çatmazdı”

Nigar Məmmədova

ABŞ Dövlət katibi yanvarın 6-da Türkiyəyə səfər edəcək

İntizar Əmirova

Hikmət Hacıyev: “Azərbaycan və Səudiyyə Ərəbistanı güclü strateji əlaqələri inkişaf etdirməyə çalışır”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu