17 C
Baku
10 İyun 2025, 9:07
Dünya

2 ton partlayıcıya bərabər fabrik partladı

Bolqarıstanın Elin Pelin şəhəri yaxınlığında yerləşən atəşfəşanlıq fabriki partladılıb.

Paytaxt Sofiyadan təqribən 24 kilometr şərqdə yerləşən tikilidən sıx tüstü sütunlarının yüksəldiyini görmək olurdu. Bolqarıstanın Elin Pelin şəhəri yaxınlığında yerləşən atəşfəşanlıq fabrikində partlayış baş verib. Onlarla kilometr uzaqdan yüksələn qatı tüstü görünüb.

Sosial mediada sürətlə yayılan görüntülərdə fabrikin alovlara büründüyü, partlayan fişənglərlə səmanın işıqlandığı görülüb.Tüstü səmaya qalxdıqca yerə yaxın daha çox pirotexniki partlayışlar baş verib. Böyük partlayışın iki ton TNT ekvivalenti olduğu düşünülür. Güclü partlayışın iki ton partlayıcıya bərabər olduğu güman edilir.

 Partlayış nəticəsində iki işçinin ağır yaralandığı və təcili olaraq xəstəxanaya aparıldığı bildirilib.  Yerli hakimiyyət qismən fəlakət vəziyyəti elan edərək, Elin Pelin və qonşu Qara Elin Pelini təxliyə etməyə çağırıb.

Yanğının qarşısını almaq üçün ölkə ordusu da təcili yardım qruplarına qoşulub.

Evlərini tərk etmək istəməyən bəzi yerli sakinlər polis tərəfindən ətrafdan zorla çıxarılmalı olub.

Ölkənin müvəqqəti baş naziri Dimitar Qlavçev hadisə yerinə baş çəkib və vəziyyətin nəzarət altında olduğunu bildirib. Yanğının başvermə səbəbinə gəlincə, kiminsə nəyisə alovlandırması ehtimal edilir, lakin hələ ki, aydın deyil.

Mənbə: TGRT

İntizar Əmirova

Oxşar xəbərlər

Huawei Mate X6 qapağı təqdim edildi: böyük ekran və nazik korpus

Aynur Camal

Dünyanın ən böyük iqlim işi Beynəlxalq Ədalət Məhkəməsində başlayır

Aynur Camal

Yunanıstan qadınların könüllü olaraq əsgərə götürülməsini nəzərdən keçirir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu