19 C
Baku
8 Sentyabr 2024, 3:35
DigərDünya

20 ildən sonra insanları hansı təhlükə gözləyir? – ARAŞDIRMA

Bugun.tv xəbər verir ki, quraqlıq və səhralaşma səbəbindən dünyada hər il təxminən 12 milyon hektar ərazi itirilir. 2045-ci ilə qədər 135 milyon insanın səhralaşmaya görə evlərini tərk etməli olacağı bildirilir. Səhralaşma təhlükəsinin yaratdığı problemlərə və ona qarşı mübarizəyə diqqəti cəlb etmək məqsədilə 1994-cü ildən etibarən hər il iyunun 17-si Birləşmiş Millətlər Təşkilatının qərarı ilə “Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü” kimi qeyd olunur.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, 1900-cü ildən bəri quraqlıq səbəbindən 11 milyondan çox insan həyatını itirib, 2 milyard insan isə quraqlıqdan zərər çəkib. Dünyada hər il 6-8 milyard dollar ziyana səbəb olan quraqlığın bəşəriyyət üçün ən bahalı təbii fəlakət olduğu təxmin edilir. Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasına (UNCCD) görə, bütün yerüstü ekosistemlərin 84 faizi quraqlıqla bağlı meşə yanğınları riski altındadır. İqlim dəyişikliyinin, xüsusən əhalinin sürətli artımı və ərzaq təhlükəsizliyi problemlərinin yaşandığı dünyanın bəzi yerlərində quraqlıq riskini artıracağı gözlənilir.

Mənbə: TRT Haber

Teymur Əziz

Oxşar xəbərlər

Fransa Qabonla hərbi əməkdaşlığı dayandırdı

Teymur Əziz

R.Metsola: “Ukraynaya hərbi təyyarələr və uzaq mənzilli sistemlər verilməlidir”

Aynur Camal

Alimlər immuniteti gücləndirən virus aşkarladılar

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu