Baş xəbərHadisə

20 immiqrant qaçaqmalçısı tutuldu

Bugun.tv xəbər verir ki,.İzmirin Çeşme rayonunda 260 qeyri-qanuni immiqrant, 20 immiqrant qaçaqmalçısı və qeyri-qanuni yollarla xaricə getməyə çalışan 2 nəfər tutulub. Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Çeşmə rayonu sahillərində balıqçı gəmisində bir qrup qeyri-qanuni mühacirin olması xəbəri üzərinə Sahil Mühafizə gəmisi bölgəyə istiqamətləndirilib.

TRT Haber-in məlumatına görə, Komandalar İtaliyaya gedən yolda hərəkət edən qayığı dayandıraraq 260 qeyri-qanuni immiqrant, 4 immiqrant qaçaqmalçılığı şübhəlisi və qeyri-qanuni yollarla ölkəni tərk etməyə çalışan 2 nəfəri yaxalayıb. Hadisə ilə əlaqədar jandarma qrupları da təqibləri nəticəsində rayonda daha 16 immiqrant qaçaqmalçılığı şübhəlisini saxlayıb. 71 qeyri-qanuni mühacir xilas edilib. Rum ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına çıxarılan rezin qayıq və xilasedici sallarda olan ümumilikdə 71 qeyri-qanuni mühacir Karaburun və Çeşmə rayonları sahillərində xilas edilib. Qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından İl İmmiqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu