23 C
Baku
11 İyun 2025, 1:04
Dünya

20 min həkim ölkəni tərk etdi

Qonşu Yunanıstanda iqtisadi böhranın hiss olunmağa başladığı 2010-cu ildən bəri təxminən 20 min həkimin ölkəni tərk etdiyi bildirilir.

Qonşuda həkim böhranı var…

Savadlı səhiyyə işçiləri bir-bir ölkəni tərk edir.

HƏKİM MİQRASİYASI

Yunan mətbuatında yer alan xəbərə görə, maaşların azlığı, həddindən artıq iş yükü, kadr çatışmazlığı və iqtisadi qeyri-müəyyənliklər səbəbindən bir çox həkim xaricə getməyi seçir.

2010-cu ildən bu yana 20 minə yaxın həkimin ölkəni tərk etdiyi bildirilir.

Bildirilib ki, dövlət xəstəxanalarında çalışan gənc həkimlər ayda 1500 avrodan az maaş alır və həftədə 65 saatdan çox iş saatı ilə üzləşirlər.

AVROPA VƏ ƏRƏB ÖLKƏLƏRİNƏ TƏLƏB ARTIR

Miqrasiya edən həkimlərin əksəriyyətinin 25-44 yaş arasında olan gənc mütəxəssislər olduğu və bu vəziyyətin səhiyyə xidmətlərinin keyfiyyətini aşağı salmaqla yanaşı, ölkənin məhsuldar əhalisinə də mənfi təsir göstərdiyi vurğulanıb.

Yunan həkimlərin ən çox üstünlük verdiyi ölkələr arasında İngiltərə, Almaniya, Fransa, Cənubi Kipr Rum Administrasiyası, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı olduğu bildirilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın Ukrayna ilə bağlı planı nədir? Tramp Zelenskiyə bileti kəsdi

Aynur Camal

Daşqınlar və torpaq sürüşmələri davam edir

İntizar Əmirova

Aİ: “Əsəd rejimi ilə mövqeylərmiz hələki normallaşmadı”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu