16 C
Baku
16 Noyabr 2025, 3:40
Dünya

2007-ci ildən sonra doğulanlara ömürlük siqaret çəkmək qadağan ediləcək

Cənubi Asiya ada dövləti olan Maldiv adaları 1 yanvar 2007-ci ildən sonra doğulan hər kəs üçün siqaret və tütün məhsullarının istifadəsini qadağan edərək yeni bir addım atıb.

Maldiv hökuməti ictimai sağlamlığı qorumaq və tütünsüz bir nəsil yaratmaq üçün tədbirlər görüb.

Yeni qaydaya görə, 1 yanvar 2007-ci il tarixində və ya ondan sonra doğulan hər kəsə ömürlərinin sonuna qədər siqaret çəkmək, tütün məhsulları almaq və ya satmaq qadağan ediləcək. Bu qərar ölkəni “nəsillərarası siqaret qadağası”nı tətbiq edən ilk dövlətə çevirir.

Qanun layihəsi Nazirlər Şurası tərəfindən 13 apreldə təsdiqlənib. Parlament 13 mayda səs verib və qanun layihəsini qanuna çevirib.

Qanun 1 noyabrda isə qüvvəyə minib.

Maldiv adalarında yetkin əhalinin təxminən dörddə biri siqaret çəkir. Bu nisbət 13-15 yaşlı gənclər üçün ikiqat artır.

Elektron siqaretlərin və veyp cihazlarının idxalı, satışı və istifadəsi də 2024-cü ilin sonuna qədər qadağan edilib.

Lakin bu radikal addım narahatlıq doğurur. Mütəxəssislər və vətəndaş cəmiyyəti təşkilatları qanunun tətbiqi ilə qanunsuz tütün ticarətinin arta biləcəyi barədə xəbərdarlıq edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, tütün istifadəsi hər il yeddi milyondan çox insanın ölümünə səbəb olur.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Qasırğada ölənlərin sayı 8-ə çatdı

Bugün TV

Göydə partlayan “atəş topu”: zil qaranlığı gündüzə çevirdi

Aynur Camal

Məşhur aparıcıdan heyranedici yeni il hədiyyəsi-FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu