7 C
Baku
24 Fevral 2026, 15:02
Baş xəbərSosial

2011-ci ildən xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslərin nəzərinə: Elan

Səhiyyə Nazirliyinin verdiyi elana əsasən, 2011-ci ildən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış və 07.12.2022-ci il tarixinədək qeydiyyatdan keçmiş şəxslərin imtahanlarının keçirilməsi davam etdirilir. Belə ki, növbəti imtahanlar 4 aprel tarixindən etibarən keçiriləcək.

İmtahanın yeri və keçirilmə tarixi barədə məlumat vətəndaşın imtahana buraxılış vərəqəsində qeyd olunacaq. Buraxılış vərəqəsi imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə göndərilir.

Qeyd: Qeydiyyatdan keçmiş şəxslər diplomlarının etibarlılığı Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra imtahanda iştirak edə bilərlər.

Aynur Camal

Oxşar xəbərlər

Prezident təsdiq etdi: Minimum əmək haqqına hər il baxılacaq – Maaşlar artacaq

Aynur Camal

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu