14 C
Baku
29 Mart 2026, 14:53
Baş xəbərDünya

2023-cü ildə Avropada qazın qiyməti üç dəfə ucuzlaşdı

Avropada qazın orta qiyməti 2023-cü ilin sonunadək üç dəfə ucuzlaşaraq min kubmetr üçün təxminən 464 dollara enib.

Bugun.tv xəbər verir ki, London ICE birjasının məlumatına görə, ucuzlaşmaya regionda havaların isti keçməsi, yeraltı anbarların rekord həddə doldurulması və Avropa İttifaqında qaza tələbatın azalması səbəb olub.

Ümumilikdə isə 2023-cü ilin sonunda Aİ ölkələrində qazın qiyməti təxminən 67 faiz ucuzlaşıb. Bir il öncə Avropa birjalarında mavi yanacağın min kubmetrinin orta qiyməti 1,4 min dollara yüksəlmişdi.

Qeyd edək ki, 2022-ci il dekabrın 30-da qazın min kubmetri təxminən 845 dollara satılsa da, 2023-cü il noyabrın 30-da 470 dollara, dekabrın 29-da isə 367 dollaradək enib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu