17 C
Baku
27 Oktyabr 2025, 2:56
Dünya

“2024 humanitar işçilər üçün daha ölümcül ola bilər”

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljaric Egger bildirib ki, 2023-cü il humanitar yardım işçiləri üçün ən ölümcül il kimi qeydə alınıb, 2024-cü il isə daha ölümcül il ola bilər.

Egger 19 Avqust Ümumdünya Humanitar Günü münasibətilə mesaj dərc edib.

Ötən ilin dünya səviyyəsində humanitar yardım işçiləri üçün ən ölümcül il olduğunu xatırladan Egger, 2024-cü ilin humanitar yardım işçiləri üçün daha ölümcül ola biləcəyini qeyd etdi.

Egger, humanitar yardım işçiləri və tibb işçiləri də daxil olmaqla mülki şəxslərə zərər verən və ya onları öldürən silahlı qarşıdurmaların faciəvi şəkildə artdığını vurğulayaraq, “Mülkilərin və ya onlara yardım etməyə can atanların belə bir təhlükə ilə üzləşməsi qəbuledilməzdir. Humanitar yardım işçiləri hücuma məruz qaldıqda, mülki şəxslər nəticələrini də çəkir. Çünki yardım səylərinə təhlükəsizlik şərtlərinin pisləşməsi mane olur” deyib.

Qızıl Xaç Qızıl Aypara Hərəkatının əməkdaşlarının və könüllülərinin hər gün qarşıdurmaların ön cəbhəsində çalışdığını qeyd edən Egger, bu insanların hədəfə alınmasının dözülməz olduğunu bildirib.

“Təkcə 2023-2024-cü illərdə BQXK-nın 6 əməkdaşı həlak olub, 14 nəfər yaralanıb”, – Egger bildirib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən il dünyada 280 yardım işçisinin öldürüldüyünü və 2023-cü ilin qlobal humanitar birlik üçün ən ölümcül il olduğunu bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Haniyənin öldürülməsi ilə bağlı Qətərdən açıqlama

Aynur Camal

Hindistan əhalisinin sayı Çini ötüb keçir

Aynur Camal

Meşədə tapılan çantanın içindəkilər polisi hərəkətə keçirməyə sövq etdi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu