Bu gün ölkəmizin hər yerində yeni tədris ili başlayıb. Və bu münasibətlə hər bir orta məktəblərdə, universitetlərdə və digər tədris ocaqlarında “Bilik Günü” tədbirləri keçirilib.


Hər zaman olduğu kimi, tədris ocaqlarının qarşısı əlləri gül dəstələri ilə dolu olan tələbə və şagirdlərlə göz oxşayırdı. Bütün uşaqlar, xüsusilə də ilk dəfə məktəbə qədəm qoyan birincilər və onların valideynləri üçün çox sevindirici bir gün olduğu hiss edilirdi.


Bugun.tv olaraq biz də bu yeni tədris ilində məktəblilərə və tələbələrə uğurlar diləyirik!