4 C
Baku
28 Yanvar 2026, 1:28
Baş xəbərDünya

2025-ci ildə Türkiyədə arxeoloji kəşflər diqqət çəkib

Böyük antik teatr (içəridən)

Bugun.Tv – yə daxil olan məlumata görə, Türkiyə torpaqları 2025-ci ildə də yerin altından çıxarılan tarixi irs və artefaktlarla arxeologiya aləmini zənginləşdirib.

Ölkənin şərqindən qərbinə, şimalından cənubuna qədər uzanan ərazilərdə aparılan qazıntılar minilliklər boyu sivilizasiyaların mədəniyyətini üzə çıxarıb və beynəlxalq miqyasda diqqət çəkib. Məsələn aşağıda adları çəkilənlər deyilənlərə aiddir:

Neolit dövrünə aid kəşflər

Şanlıurfa ərazisində fəaliyyət göstərən Taş Tepeler layihəsi ötən il mühüm elmi kəşflərlə yadda qalıb. Karahantəpədə üç heyvan fiquru təsvir olunan kiçik qab aşkar edilib ki, bu tapıntı bu günə qədər məlum olan ən qədim üçölçülü mifoloji təsvir hesab olunur. Həmçinin üzərində insan sifəti həkk olunmuş T formalı sütun, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Göbəklitəpədə divara yerləşdirilmiş insan fiquru və Sayburç ərazisində ağzı tikilmiş insan fiquru da üzə çıxarılıb. Sefertepədə isə iki insan üzlü relyef və ikiüzlü muncuq tapılıb ki, bu da Neolit dövrünün simvolik dünyası barədə məlumat verir.

Türkiyənin Bergama şəhərində yerləşən Pergamon antik şəhərinin akropolu və yamacda salınmış qədim teatr
Pergamon Antik Şəhəri – Akropol və Qədim Teatrın Üstdən Görünüşü

Qədim Troya dövründə zənginlik və hakimiyyət rəmzləri

Çanaqqala ərazisində Troya antik şəhərində aparılan qazıntılar zamanı Erkən Tunc dövrünə aid qızıl broş və nadir yeşim daşı aşkar edilib. Mütəxəssislərin fikrincə, bu tapıntılar son 100 ilin ən mühüm tipoloji və tarixi kəşflərindən biri hesab olunur.

Osmanlı dəniz tarixinə sualtı baxış

Muğlanın Datça bölgəsində yerləşən Kızlan Osmanlı gəmi batığı ərazisində aparılan qazıntılar Osmanlı dövrünə aid 30-dan çox tüfəng, 50-dən artıq qumbara, minlərlə güllə, ən böyük tütün çubuqları və Çin çini məmulatlarını üzə çıxarıb. Tapıntılar Osmanlı dəniz ticarəti və hərbi təchizat barədə dəyərli məlumatlar təqdim edib.

Pergamon antik şəhərindəki məbədin sütunları və arxa planda dağ mənzərəsi
Pergamonda antik məbəd qalıqları

Qərbi Anadoluda Tunc dövrü kəşfləri

Kütahyanın Tavşanlı Höyük ərazisində yaşları təxminən 4 500 il olan idol fiqurlar aşkar edilib. Mərmər, sümük və terrakotadan hazırlanmış fiqurlar ocaq ətrafında düzülmüş halda tapılıb ki, bu da dini inanclar və ibadət praktikaları barədə mühüm məlumat verir.

Qara dənizdə nadir incəsənət nümunəsi

Bartın vilayətinin Amasra rayonunda yerləşən qədim Amastris şəhərində stoada gülümsəyən Meduza təsviri aşkar edilib. Meduza saçları ilanlardan ibarət olan mifoloji fiqur kimi tanınır və bu tapıntı Qara dəniz bölgəsində antik dövr incəsənətinə aid maraqlı nümunədir.

Pergamon Su Kəməri – Qədim Roma MühəndisliyiPergamon antik şəhərində meşəlik ərazidən keçən qədim Roma su kəməri
Pergamonun tarixi su kəmərləri

Efes və Serapis tapıntısı

İzmir ərazisində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Efes antik şəhərində üzərində Misir tanrısı Serapisin relyefi olan terrakota buxurqabı aşkar edilib. Tapıntı oxşar artefaktlarla əlaqəli olub və Efesdə məmulat istehsal edən emalatxananın mövcudluğunu göstərir.

Topraktepədə erkən xristian çörəkləri

Karaman ərazisində Topraktepe antik şəhərində VII–VIII əsrlərə aid beş ədəd kömürləşmiş çörək tapılıb. Malta xaçı və İsa Məsihin təsviri olan çörəklərin erkən xristian mərasimlərində istifadə edildiyi ehtimal olunur.

Böyük antik teatr (içəridən)
Pergamonun möhtəşəm antik teatrı

Van ərazisində Urartu saxsı küpləri

Van vilayətinin İpekyolu rayonunda Kevenli qalasının xarabalıqlarında aparılan qazıntılarda 70-dən çox saxsı küp aşkar edilib ki, bu da indiyədək Van ərazisində müəyyən edilmiş ən iri saxlama kompleksi hesab olunur. Tapıntılar Urartu dövlətinin iqtisadi və təsərrüfat sistemi barədə əhəmiyyətli məlumatlar təqdim edir.

Qeyd edilib ki, bu kəşflər 2025-ci ili Türkiyədə arxeologiya sahəsində xüsusi əhəmiyyətli il kimi ön plana çıxarıb. Həm yerli ziyarətçilər, həm də beynəlxalq alimlər üçün yeni perspektivlər açıb.

Teatrın yan və ümumi görüntüsü
Pergamon teatrının ümumi mənzərəsi
Aynur Camal

Oxşar xəbərlər

İran ABŞ-ə xəbərdarlıq etdi: Savaşa tam hazırıq

Aynur Camal

Trump “Paris Anlaşması”dan rəsmi olaraq çıxdı

Aynur Camal

Qısa gündüz yuxusu beyin funksiyasını bərpa edir və öyrənmə qabiliyyətini artırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu