4 C
Baku
23 Dekabr 2025, 2:32
Baş xəbər

2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi

Bugun.tv — xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda ölkənin çoxəsrlik şəhərsalma və memarlıq mədəniyyətinin qorunması, sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların tətbiqi və təşviqi məqsədi ilə bu qərarın verildiyi bildirilir.

Prezident Administrasiyası bir ay müddətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər planı hazırlayıb dövlət başçısına təqdim edəcək. Bu təşəbbüs çərçivəsində həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müxtəlif forumların təşkil olunması nəzərdə tutulur.

Bu il həmçinin Bakı 2026-cı ildə keçiriləcək Dünya Şəhər Forumu (WUF13) ev sahibliyini edəcək ki, bu da Azərbaycanın şəhərsalma sahəsində beynəlxalq rolunun artdığını göstərir.

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Çuxurdan naməlum kişi meyiti tapıldı

Aynur Camal

FETÖ əməliyyatı 16 vilayətdə baş verdi

Bugün TV

İki döyüş təyyarəsi səmada toqquşdu, 3 pilot öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu