18 C
Baku
27 Aprel 2026, 14:29
İdman

2026 Dünya Kubası biletlərinə 500 milyon+ rekor müraciət

FIFA 2026 Dünya Kubası üçün 500 milyondan çox bilet müraciəti aldığını açıqlayıb ki, bu, dünya idman tarixində ən yüksək tələb sayılır. Dünya üzrə 211 FIFA üzvü ölkəsindən fanatlar bilet üçün müraciət edib və bu, futbolun qlobal populyarlığını göstərir.

Bu müraciətlər Random Selection Draw mərhələsində 33 gün ərzində toplandı və FIFA müraciət sahiblərinə nəticələr ən erkən 5 Fevral tarixindən etibarən e-poçtla bildirəcək. Biletlərin tələbi stadion tutumundan çox olduğuna görə bəziləri kura ilə paylanacaq.

Ən çox tələb Kolombiya – Portekiz matçına (27 İyun, Miami) oldu, ardından Meksika – Cənubi Koreya, final (19 İyul, New Jersey), turnirin açılış oyunu və digər populyar qarşılaşmalar gəlir. Böyük tələbat ABŞ, Meksika, Kanada kimi ev sahibləri ilə yanaşı, Almaniya, İngiltərə, Braziliya, İspaniya, Portekiz, Argentina və Kolumbiya fanatlarından gəlib.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

İran DÇ-2026 oyunlarını Meksikada keçirmək istəyir

Aynur Camal

Beyin sağlamlığını qorumaq və insult riskini azaltmaq necə mümkündür

Aynur Camal

Mütəxəssislər: Qısa hərəkət zehni yorğunluğu azaltmağa kömək edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu