14 C
Baku
22 Noyabr 2024, 3:53
Baş xəbərDünya

2034-cü ilə qədər İsrail Fələstinlə diplomatik əlaqələr qura bilər

Yaxın Şərqdəki münaqişə səbəbindən münasibətləri kəskin şəkildə pisləşən İsrail və Səudiyyə Ərəbistanı müstəqil Fələstin dövlətinin yaradılması planlarının hazırlanması və həyata keçirilməsi ilə paralel olaraq yaxın illərdə ikitərəfli əlaqələri normallaşdıra biləcək. Eyni zamanda, İsrail 2034-cü ilə qədər Fələstinlə diplomatik əlaqələr qura bilər.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, “Financial Times” qəzetinin yazdığına görə, oxşar proqnozu Atlantik Şurada müsahibə verən ekspertlər veriblər.

Qeyd edilib ki, sülhə olan ümidlər uzaq perspektiv kimi görünür və nəticədə bu, İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həlli çağırışlarını canlandıra bilər: “300 respondentin 20 faizi hesab edir ki, İsraillə dinc yanaşı yaşayacaq Fələstin dövlətinin yaradılması cəhdlər dəfələrlə uğursuzluğa düçar olandan sonra növbəti on il ərzində reallığa çevriləcək”.

Ekspertlərin 60 faizi düşünür ki, yaxın onillikdə Qəzza zolağında münaqişə nəticəsində regionda yaranmış vəziyyətə baxmayaraq, hərtərəfli sülh sazişi formasında irəliləyiş mümkündür. Eyni zamanda, Vaşinqton analitik mərkəzinin apardığı araşdırmada hər beş iştirakçıdan biri İsrailin 2034-cü ilə qədər suveren Fələstin dövləti ilə diplomatik əlaqələr quracağına dair fikir bildirib.

İntizar Əmirova

Oxşar xəbərlər

Çimərlikdə avtoxuliqanlıq edən şəxs saxlanıldı

Kəmalə Sultan

Avtomobil yolu keçmək istəyən şəxsi vurdu: 1 ölü

İntizar Əmirova

M.Rəhimova: “Məqsədimiz cəmiyyətdə əlilliklə bağlı stereotipləri yox etməkdir”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu