10 C
Baku
22 Dekabr 2024, 18:13
Baş xəbərSosial

2190 şəxs peşə hazırlığına cəlb edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bugun.tv-yə daxil olan məlumata görə, cari ilin1-ci rübündə 2190 şəxs peşə hazırlığı kurslarına cəlb olunub.

Onlardan 1191 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 999 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, mühasib, xalçaçı, insan resursları mütəxəssisi, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur.

Artıq 834 şəxs kursları uğurla bitirib və 780 müdavim müvafiq sahələr üzrə işlə təmin olunub. Digər şəxslərin də yeni yiyələndikləri peşələr üzrə məşğulluğuna dəstək göstərilməsi istiqamətində işlər aparılır.

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycan və Rumıniya arasında əməkdaşlıq gözəl nəticələr doğuracaqdır!”

Nigar Məmmədova

Xocalıda sülhməramlılarla separatçılar arasında söz toqquşması oldu

Bugün TV

Təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu